"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan həmyerlisi Nqolo Kantenin xidmətlərində maraqlıdır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid klubu "Çelsi"nin yarımmüdafiəçisinə görə 60 milyon avro təklif etməyə hazırdır. "Real"ın orta xətti güclü olsa da, Zidan Kantenin faydalı olacağına inanır. Onun "zadəganlar"la müqaviləsi 2021-ci ildə başa çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində