İmtahan verənlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başladı

İmtahan verənlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başladı
14:12 10 Aprel 2017
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən başlayaraq, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının nəticələri ilə əlaqədar Apelyasiya Komissiyası fəaliyyətə başlayıb.

Milli.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının 9 aprel 2017-ci il tarixində keçirilmiş birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün DİM-də Apelyasiya Komissiyası yaradılıb.

Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında (ünvan: Bakı şəhəri, A.Salamzadə küçəsi, 28) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 10-12 aprel 2017-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR