Bəzi kolleclərdə nöqsanlar aşkarlandı

Bəzi kolleclərdə nöqsanlar aşkarlandı
14:17 10 Aprel 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Orta ixtisas təhsil müəssisələrində aparılan cari təhlil nəticəsində büdcə təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı qanunvericiliklə müəyyən edilən qaydada büdcədənkənar vəsaitlər üzrə debitor və kreditor borcların mühasibat yazılışlarının maliyyə hesabatlarına və əlavələrində əks etdirilməməsi halları müəyyən edilib.

Milli.Az report-a isinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, debitor və kreditor borclar üzrə mühasibat yazılışlarının qanunvericiliyin tələblərinə uyğun maliyyə hesabatlarında əks etdirilməməsi həmin büdcə təşkilatlarının hesabatlılığında təhriflərə yol verilməsi ilə yanaşı, şəffaflığın da təmin olunmadığını göstərir.
Bundan əlavə, 2014-cü və 2015-ci illərdə büdcədənkənar vəsaitlər üzrə debitor borcların az göstərilməsi ödənişli əsaslarla təhsil alan ümumi tələbə kontingentinin müvafiq olaraq Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kolleci üzrə 29,1 %-nin və 40,2 %-nin, Mingəçevir Turizm Kolleci üzrə isə 31,5 %-nin və 34,5 %-nin xaric olunması ilə əlaqələndirilir ki, bu da qeyri-real görünür. Bu hal real vəziyyətin ilkin sənədlər əsasında araşdırılmasını zəruri edir.

Təhsil Nazirliyi Hesablama Palatasına bildirib ki, nazirliyin tabeliyində olan ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Hesabat Milli Məclisin aprelin 14-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR