Tarixin ən məşhur və ən amansız qətillərini törədən Donald Harvey saxlanıldığı barmaqlılqlar arasında bir başqa məhkum tərəfindən öldürülüb.
Milli.Az onlarla şəxsin ölümünə səbəb olmuş məşhur qatilin hekayəsini təqdim edir:
Donald Harvey 1987-ci ildən Ohioda yerləşən Toledo həbsxanasında saxlanılırdı.

Saxlanıldığı kamerada ölümcül halda döyülən Harvey hadisədən iki gün sonra, 64 yaşında həyatını itirib. Aparılan araşdırmalara baxmayaraq qatilin ortaya çıxarılmaması Harveynin həbsxanadakı gözətçilər tərəfindən öldürüldüyü iddialarını artırıb.

Donald Harvey 1970-80-ci illərdə müxtəlif xəstəxanalarda çalışmış bir təmizlik işçisi idi.
İşlədiyi otuz yeddi cinayət səbəbiylə ömürlük həbsə məhkum edilən Harvey bu cinayətlərin çoxunu "Dreyk" xəstəxanasında reallaşdırmışdı. Ancaq Harvey otuz yeddi cinayətin onun "işinin" yalnız bilinən qismi olduğunu, xəstəxanada çalışdığı müddət ərzində səksən yeddi insan öldürdüyünü qeyd etmişdi.

Radford Universitetinin araşdırmaçıları da cinayətlərin bilinəndən daha çox olduğunu düşünürlər. Və bu siyahı yalnız xəstəxanada yatan və Harveyin nəzarətində olan xəstələrlə bitmir. İddialara görə, Harveynin öldürdüyü insanlar arasında dostları, qonşuları və sevgililəri də var. Cinayət əməlinə 18 yaşında başlayan Harvey ilk dəfə xəstəxanada yatan 88 yaşlı Loqan Evans adlı qadını boğaraq öldürüb və bu tip cinayət əməllərini 1987-ci ilə qədər davam etdirib.

Harvey son cinayətlərini 1987-ci ilin 7 mart tarixində törədib. O gün Dreyk xəstəxanasında yatan 44 yaşlı Con Povell adlı şəxs və 82 yaşlı Hilda Leitz adlı qadını zəhərləyərək öldürən Harvey həbs edilir.

Harvey məhkəmədə bütün bu cinayətləri xoş niyyətinə görə törətdiyini ifadə edir.
Harvey törətdiyi qətlləri, xəstələrə göstərdiyi mərhəmətin və nəzakətin ən dəqiq nümunələrindən biri kimi qiymətləndirib. Xəstələri ağrılarından xilas edərək yaxşılıq etdiyini və əgər bir gün özü də bir xəstəxanada o vəziyyətdə ağır xəstə olsa, eynisinin ona qarşı edilməsini istəyəcəyini ifadə edib.

Harvey tutulduqdan bir neçə ay sonra, 1987-ci ilin 9 iyul tarixində törətdiyi cinayətləri etiraf edib.

"Ölüm Mələyi" təxəllüslü 87 adamın qatili bütün qətl əməllərini zəhərləyərək törətmədiyini, bəzilərində xəstələri yastıqla boğduğunu, bəzilərində isə morfin və kodein kimi narkotiklərdən istifadə etdiyini bildirib.
Harvey hətta bəzən xəstələri AIDS və "Hepatit B"-yə yoluxdurduğunu da etiraf edib.
Təhməz Təkin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində