Kilsələrdə həlak olanlar dəfn edildi - FOTO

Kilsələrdə həlak olanlar dəfn edildi - FOTO
16:52 10 Aprel 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Misirdəki iki kilsəyə terror hücumu nəticəsində həlak olmuş şəxslərin dəfn mərasimi keçirilib.

Milli.Az bildirir ki, Misirin Qərbiyə vilayətindəki Tanta şəhərindəki Müqəddəs Georgi və İsgəndəriyyə şəhərində pravoslav kopt patriarxın iqamətgahlarından biri sayılan Müqəddəs Mark Kafedral Kilsəsində bir neçə saat fərqi ilə iki terror partlayışı törədilib. Terror hücumlarının hədəfi Misirdəki kopt xristianlar idi.

Teraktlarda 44 nəfər həlak olub, 154 nəfər yaralanıb.

Misir prezidenti Əl Sissi ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi elan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR