Bu ərzaqları qarışdırmaq olmaz

Meyvə və tərəvəzlər müxtəlif vitaminlər, minerallar, orqanik turşular, antioksidantlar və sair faydalı maddələrlə olduqca zəngindir.

Alimlər meyvə və tərəvəzləri ən faydalı qida məhsulları hesab edir və onları hər gün rasiona daxil etməyi tövsiyə edirlər. Həkimlərin fikrinə görə isəhər gün 500 qr müxtəlif meyvə-tərəvəz yeyən insan özünü bir çox xəstəliklərdən qoruya bilər.

Metbuat.az bildirir ki, meyvələrdən fayda almaq üçün onları düzgün qəbul etmək lazımdır. Bəzi ərzaqları isə ümumiyyətlə qarışdırmaq olmaz:

Kök və portağal

Kök və portağal şirəsi birləşməsi kifayət qədər populyar deyil, lakin qeyd etmək lazımdır ki, bu qıcqırmaya, köpməyə, qida borusu yaralarına, səpgilərə səbəb ola bilər. Bəzi hallarda isə bu, hətta böyrək zədələnməsi yarada bilər.

Süd və ananas

Ananası südü ilə heç vaxt qarışdırmaq olmaz. Bu kombinasiya qarında infeksiya, ishal, ürəkbulanması, baş ağrısı yarada bilər.

Limon və ərik

Bu birləşmənin anemiya, hemoqlobinin səviyyəsinin aşağı düşməsi problemlərini yarada bilər.

Banan və portağal

Qarışdırılması və işlədilməsi qaz yaradır, baş ağrılarına səbəb ola bilir.

Süd və portağal

Əgər siz yulafa portağal şirəsi qatıb istifadə edirsinizsə, dərhal bunu yığışdırın! Bu əsla uyğun gəlmiyən ərzaqlardır. Bundan əlavə süd və pottağalın qarışımı mədənizə ciddi zərər vura bilər, bu ərzaqları birlikdə həzm etmək çətindir.

Həmçinin

Meyvə-tərəvəzi birlikdə heç vaxt istifadə etməyin. Mədədə onların vəhdəti ciddi problemlərə səbəb olur. Bu mədə və baş ağrılarına, ishal, infeksiya, mədə bağırsaqda narahatlıqlara səbəb olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR