Nazir: "Bakı Şopinq Festivalının mədəni proqramı çox zəngin olacaq"

Nazir: "Bakı Şopinq Festivalının mədəni proqramı çox zəngin olacaq"
20:05 10 Aprel 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakıda ilk dəfə keçirilən Şopinq festivalın açılış mərasimi çərçivəsində Azərbaycan Dövlət Rəqs ansamblı yeni layihə ilə çıxış edəcək".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Mədniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Onun spözlərinə görə, festival çərçivəsində ansamlın yeni proqramı təqdim olunacaq: "Bu proqram üzərində bir neçə müddətdir ki, yeni kollektiv çalışır. Azərbaycanın rəqs xəzinəsindən bəzi rəqslər bərpa olundu. Bu gücə xüsusilə onunla əlamətdardır ki, Azərbaycan rəqs ansamblını canlı orkestr müşayiət edəcək. Bununla da biz silsilə olaraq Şopinq festivalın mədəni proqramını açırıq. Mədəni proqram çox zəngin oalcaq. Həm xaricdən qonaqlarımız olacaq, həm də bütün şopinq mollarda xüsusi əyləncə proqramı təşkil olunacaq".

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR