"Bizə başqa söz-söhbətlər çatmışdı" - Samir Abasov

"Bizə başqa söz-söhbətlər çatmışdı" -   Samir Abasov
20:37 10 Aprel 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

"Oyun çox çətin keçdi. Bir tərəfdə hər xala görən vuruşan komanda, digər tərəfdən də stimulu oilmayan rəqib var idi. Bizim həyəcanımız oyunun sonuna kimi davam etdi. Bizə xal lazım idi. Onu da əldə etdik". 


Иunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə AZAL-ı 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib. 


O bildirib ki, komandasını qarşıda "Zirə" ilə vacib oyun gözləyir: "Bu oyun bizim üçün finala bərabər olacaq".


Gənc mütəxəssis AZAL-ın "Sumqayıt"a qarşı ciddi müqavimət göstərdiyinə də diqqət çəkib: "Belə olacağını təxmin edirdik. Çünki başqa söz-söhbətlər də bizə çatmışdı. Amma bunu deyə bilmərəm. Bilirdik ki, AZAL oyuna çox ciddi şəkildə hazırlaşıb. Xeyr, söhbət stimullaşdırmadan getmir. Sadəcə, demişdilər ki, gəlin, sizi gözləyirik. Bilmirəm, bu, zarafat idi, yoxsa gerçək. Eyni statuslu komanda üz-üzə gələndə, digəri nəyisə sübut etməyə çalışır". (Sportnet.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbiz-baqa-soz-sohbtlr-catmdquot-t57489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR