Ötən gecə Əfqanıstan təhlükəsizlik qüvvələri ölkənin şimalında İŞİD terror qruplaşmasının liderlərindən biri olan "Şir" ləqəbli Kari Şer Məhəmmədi məhv edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Əfqanıstanın Sari-Pul əyalətinin qubernatoru Məhəmməd Zahir Vahdat "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Əməliyyat zamanı terrorçunun 3 mühafizəçisi də məhv edilib.
Milli.Az