Putinə nüvə düyməsini basmağa icazə verməyəcəklər - İDDİA

Putinə nüvə düyməsini basmağa icazə verməyəcəklər - İDDİA
20:43 10 Aprel 2017
181 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya prezidenti Vladimir Putinin ətrafı Qərbdə “girov”luqdadır və ona nüvə düyməsini basmağa icazə verməyəcəklər”.

Publika.az xəbər verir ki, bunu Rusiya maliyyəçisi Slava Rabinoviç Ukraynanın "InfoResist” nəşrinə müsahibəsində deyib.

“Putində nüvə düyməsi var, amma məsələ ondadır ki, o, bütün dünyanı girovluqda saxlamır. Qərb Putinin bütün ətrafını girovluqda saxlayır. Çünki orada pul, ailələr, uşaqlar, məşuqələr, ev və maşınlar var”, - Rabinoviç Suriyaya yeni raket zərbələri olacağı halda ABŞ-a adekvat cavab veriləcəyi barədə Rusiya və İranın bəyanatını şərh edərkən bildirib.

Xatırladaq ki, aprelin 7-də ABŞ Suriyanın Şayrat bazasına 59 raket zərbəsi endirib. Zərbələr nəticəsində müxtəlif məlumatlara görə, 4-dən 10-a qədər Suriya hərbçisi ölüb, bazasının infrastrukturu dağıdılıb. Vaşinqton bu addımı Əsəd rejiminin İdlibdə tətbiq etdiyi kimyəvi hücuma cavab olaraq atdığını bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR