"Sumqayıt" AZAL-ı məğlub etdi - VİDEO

"Sumqayıt" AZAL-ı məğlub etdi - VİDEO
20:53 10 Aprel 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.

Publika.az xəbər verir ki, turun son matçında "Sumqayıt" autsayder AZAL-ın qonağı olub. Görüş Samir Abasovun baş məşqçi olduğu komandanın qələbəsi ilə yekunlaşıb - 2:1. Bununla da xallarını 31-ə çatdıran "Sumqayıt" 4-cü pillədəki "Zirə" ilə xal fərqini minimuma endirib. AZAL isə 10 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, digər oyunlarda "Kəpəz" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. "Qarabağ"la "Qəbələ" arasındakı görüşdə qol vurulmayıb - 0:0. Zirə" - "İnter" matçı da heç-heçə ilə yekunlaşıb - 1:1.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/194530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR