Dönər alarkən bunlara DİQQƏT EDİN

Dönər alarkən bunlara  DİQQƏT EDİN
21:05 10 Aprel 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda 2006-ci ildən toyuq dönərinin satışı qadağan olunsa da, bunun satışı bu gün də aparılır".

Milli.Az bildirir ki, bunu report-a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, 2015-ci ildən müəssisələrdə yoxlamalar aparılmır, amma alıcılar bəzi qaydaları bilməli və hər hansı xidmətdən yararlanərkən hüquqlarını tələb etməyi bacarmalıdırlar:

"Dönərxanalarda müəyyən qaydalar mövcuddur ki, onlara əməl olunmalıdır. Birinci növbədə müştərilərə xidmət göstərən şəxs ildə iki dəfə tibbi müayinədən keçməlidir. Hazırladığı məhsulun emal sahəsi olmalıdr. Ət şişə emal sahəsində vurulub gətirilməlidir. Dönərxanın axar isti-soyuq suyu olmalıdır. Xüsusi ventalyasiya sistemi olmalıdır. Ətin haradan gətirildiyi və dönərin nə ətindən hazırlandığı ilə bağlı məlumatlar müştəriyə göstərilməlidir. Əgər bunlar yoxdursa, həmin dönərxanadan istifadə edən insana istənilən xəstəlik keçə bilər".

Z.Kazımovun sözlərinə görə, tibb müəssisələrindən daxil olan məlumatlarda dönərxanalardan zəhərlənmə faktının olmaması qeyd olunan qaydalara əməl olunmamsına əsas vermir: "İstehlakçı bütün sahələrdə göstərilən xidmətlərdə diqqətli olmalıdır, öz hüququnu qorumaq üçün tələbkar olmalıdır. Sahibkarlar isə istehsal etdiyi məhsulla bağlı məlumatları, sənədləri müştərilərin görə biləcəyi bir yerdə qoymalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR