İnternetdə naməlum şəxsin "Kalaşnikov" avtomatını "Mercedes-Benz Gelandewagen"in lyukundan çıxarıb atəş açdığını əks etdirən görüntülər yayılıb.
Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, bu görüntülərin Sankt-Peterburqda çəkildiyi ehtimal edilir. Videokadrları İnstagram-da "richrussiankids" ("Varlı rus uşaqları") qrupunda arteeem015 adlı istifadəçi yerləşdirib. Videorolik #untouchable (toxunulmazlar) və #ak47 heşteqi ilə müşayiət olunur.