Mosulu məcburi tərk edənlərin sayı 350 min nəfəri ötüb

Mosulu məcburi tərk edənlərin sayı 350 min nəfəri ötüb
21:52 10 Aprel 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Mosulun İŞİD terrorçularından azad edilməsi ilə bağlı keçirilən hərbi əməliyyatlarla əlaqədar şəhəri məcburi tərk edən sakinlərin sayı 350 min nəfəri ötüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

"Qərbi Mosuldan insan axını davam edir. Təkcə son iki sutka ərzində 17 min nəfər şəhəri tərk edib", deyə BMT rəsmisi qeyd edib. Onun sözlərinə görə, Mosulda ümumilikdə 352 min nəfər evsiz qalıb, onlardan 280 mini Qərbi Mosulda davam edən döyüşlər səbəbindən.
 
Qeyd edək ki, İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR