ABŞ-da məktəbə silahlı hücum olub:

ABŞ-ın Kaliforniya ştatının San Bernardino şəhərində yerləşən məktəbdə insident baş verib.

Metbuat.az bildirir ki, siniflərdən birində meydana gələn silahlı hücum nəticəsində iki nəfər ölüb. Onlardan biri hadisəni törətməkdə şübhəli bilinən şəxsdir. Son məlumatlara görə, daha 3 yaralı xəstəxanaya yerləşdirilib.

San Bernardino polisi hadisəni törədən şəxsin intihar etdiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR