İtaliyalı hücumçu ciddi zədə aldı

İtaliyalı hücumçu ciddi zədə aldı
23:05 10 Aprel 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

"Celta Vigo"nun hücumçusu Cüzeppe Rossi İspaniya Primerasının 31-ci turunda "Eibar"la oyunda ciddi zədə alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı forvardın diz vətərləri qopub. Rossinin bərpasına ən azı 6 ay lazımdır. Bu, onun karyerasında 3 analoji zədədir. Daha öncə 2 dəfə diz bağlarını qıran forvard ümumilikdə 2 il yaşıl meydanlardan kənarda qalmışdı. Vaxtilə İtaliya futbolunun ulduzu olacağı planlaşdırılan Rossinin potensialını tam aça bilməməsini də məhz həmin zədələrlə əlaqələndirirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR