"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo gözlənilməz transfer istəyib. Fanat.Az "Daily Mirror"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Məsut Özilin alınmasını tələb edib.
"Real"da Mourinyo ilə birlikdə çalışan və "Arsenal"la 2018-ci ilədək müqaviləsi olan Almaniya millisinin türk əsilli futbolçusunun özü də bu transferə müsbət yanaşır.
Qeyd edək edək ki, Mourinyo ilə Məsutun "Real"da münasibətləri heç də yaxşı olmayıb. Türk futbolçu bu barədə öz kitabında da yazıb.
Fanat.Az