DÇ-2026:

Futbol üzrə 2026-cı il Dünya çempionatı Şimali Amerikada keçirilə bilər.

Metbuat.az-ın məlumatına görə, Kanada, ABŞ və Meksika bu gün birgə namizədliklərini irəli sürüblər. Daha öncə KONKAKAF-ın prezidenti Viktor Montalyani sözügedən ölkələrin Dünya çempionatı keçirmək istədikləri ilə bağlı açıqlama vermişdi.

DÇ-2026-nın harada keçiriləcəyi 2020-ci ilin mayında müəyyənləşəcək.

Qeyd edək ki, mundiallarda 48 yığmanın iştirakını nəzərdə tutan yeni qaydalar məhz 2026-cı ildən etibarən tətbiq olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR