Deputat: "Azərbaycanın mövqeyi dünyada daha çox eşidilməyə başlanıb"

Deputat: "Azərbaycanın mövqeyi dünyada daha çox eşidilməyə başlanıb"
09:12 11 Aprel 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin nitqində diqqət mərkəzində olan məsələlərdən biri də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi ilə bağlı oldu.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Azərbaycan son üç ay ərzində də ənənəvi fəal xarici siyasət kursunu davam etdirib: "Bu müddət ərzində 7 dövlət başçısının Azərbaycana səfər etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu bir daha təsdiq edir və daha da güclənməsinə gətirib çıxarır. Eyni zamanda bu müddət ərzində fəaliyyətdə olan, eləcə də keçmiş dövlət və hökumət başçılarının, nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı ilə Azərbaycanda çox vacib əhəmiyyət daşıyan beynəlxalq tədbirlər keçirilib".

Deputatın sözlərinə görə, bu beynəlxalq tədbirlər onu göstərir ki, Azərbaycan dünyanın gündəliyini müəyyən edən məsələlərin müzakirə olunduğu və bu problemlərdən çıxış yollarının axtarıldığı bir məkandır və Azərbaycan paytaxtından dünyaya yalnız sülh və əminamanlıq mesajları göndərilir:

"Bu gün dünyada və regionda baş verən olduqca mürəkkəb proseslər kontekstində Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi xüsusi məna və əhəmiyyət kəsb edir. Azərbaycan bu ilin birinci rübü ərzində də ənənəvi və çevik, çoxvektorlu, balanslaşdırılmış və hücum taktikasına söykənən xarici siyasət kursunu davam etdirib və Azərbaycanın mövqeyi dünyada daha çox eşidilməyə başlanıb, eyni zamanda Azərbaycanı müdafiə edən dövlətlərin və ölkəmizin dostlarının sayı da artıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR