Bakıda kafedə mübahisə zamanı 41 yaşlı kişi bıçaqlanıb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, Lökbatan qəsəbəsində kafelərin birində dava baş verib. Nəticədə 1976-ci il təvəllüdlü Ağayev Elxan Şıxbaba oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Ağır xəsarət alan E.Ağayev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində