Sovet tankından 2,5 milyonluq qızıl tapıldı

Britaniyalı kolleksioner Nik Mid “eBay”dan 37 min dollara aldığı keçmiş SSRİ istehsalı olan “T-54” tankının yanacaq çənində 5 qızıl külçə aşkarlayıb.

Mid döyüş sursatları axtarmaq üçün tankı sökərkən qızıllara rast gəlib. O, tankın yanacaq çəninin qapağının altında hər biri 5 kq olan qızıl külçələr aşkarlayıb. İlkin qiymətləndirməyə görə, onlar 2,5 milyon dəyərindədir.

“Biz nə edəcəyimizi bilmirdik. Axı 5 qızıl külçə ilə sadəcə banka yaxınlaşmaq olmaz. Bu səbəbdən polisə müraciət etdik”, - deyə Mid vurğulayıb.

Polis qızılları müsadirə edib. “Mən bu qızılların bir hissəsini belə almasam, gözəl tankım məndə qalır”, - deyə Mid bildirib.

Kolleksioner vurğulayıb ki, aldığı tank İraq Silahlı Qüvvələrinə məxsus olub və 90-cı illərin əvvəlində Fars körfəzində müharibədə istifadə edilib. Sonra Beynəlxalq Koalisiya Qüvvələrinin əlinə keçib və Böyük Britaniyaya gətirilib.

Mid hesab edir ki, iraqlı əsgərlər Küveytin xəzinəsindən aldıqları qızılları tankın çəninin altında gizlədiblər. //Faktxeber.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR