Uşağınızda bu əlamətlər varsa, autizm ola bilər

“Uşağınız uzun müddət eyni əşyaya baxırsa, eyni fəaliyyətlə məşğul olursa, digərləri ilə ünsiyyətdən qaçırsa, autizm ola bilər".

Bunu Metbuat.az-a açıqlamasında psixoloq Sona Quliyeva deyib.

“Çox təəssüf ki, indiki dövrdə min uşaqdan beşində autizm müşahidə olunur. Autizmin səbəbini alimlər tam olaraq tapa bilməyib, lakin deyilənə görə, irsi faktorlar və ana bətnində infeksiya, travma xəstəliyə səbəb ola bilər. Belə uşaqlar yaşıdları ilə ünsiyyətdən qaçır, daima eyni işləri görməyə meyilli olur”.

Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə, uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edir.

Psixoloq əlavə edib ki, valideynlər uşaqlarına daim nəzarət etməlidir. Əgər uşaqlarınızda, yaxınlarınızın uşaqlarında bu əlamətlər varsa, mütləq həkimə müraciət edin:

1. Uşağı adı ilə çağırırlar, lakin cavab vermir, bu onun diqqətini qətiyyən çəkmir.
2. Nə istədiyini deməkdə çətinlik çəkir, bəzən başa sala bilmədiyi üçün hirsindən ağlayır.
3. Danışıq inkişafı geridə qalırsa, sözləri tələffüz edə bilmir.
4. Böyüklərin heç bir göstərişini izləmir,diqqət vermir,heç nə öyrənmək istəmir.
5. Anaya tualet istədiyini demir yüngül, ağır işlərini şalvarına edir.
6. 1 yaşında olarkən etməli olduğu heç bir hərəkəti etmir (əl-qol atmaq,anaya qol açmaq).
7. Belə uşaqlar tək oynamağı sevir, uşaqlardan qorxur.
8. Bəzən öz-özünə əzab verir, əllərini kəsir, ayaqlarını cızırlar. çünki onlar ağrı hiss etmir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR