Hansı ölkədən avtomobil gətirmək ucuz başa gəlir?

Avtomobil bazarında qiymət bahalaşanda alıcılar çox vaxt xaricə üz tutur. Avropa, Çin və Gürcüstan bazarları ikinci əl avtomobil almaq üçün əsas mərkəzlərdən hesab edilir. Xaricdən gətirilən avtomobilin qiymətinə uyğun olaraq, gömrükdə ona rüsum tədbiq edilir. Gətirildiyi ölkədən asılı olaraq, bu rüsumların məbləğində də müyyən qədər fərqlər olur.

Hansı ölkədən avtomobil gətirmək daha sərfəlidir?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirir ki, avtomobili xaricdən gətirmək istəyirsinizsə, onu Almaniyadan almaq daha ucuz başa gəlir:

“Azərbaycan özü avtomobil istehsal etmir. Gömrükdə xaricdən gətirilən maşınlara vergi tədbiq edilir. Məsələn, Almaniyadan 5-6 min avroya aldığınız avtomobili burada 4-5 min manata rəsmiləşdirmək mümkündür. Biznes xarakterli deyil, özünüz üçün avtomobil almaq istəyirsinizsə, Avropadan almaq daha sərfəlidir”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR