Milyarderdən cavan oğlana görə ayrılan müğənni tək qaldı - FOTOLAR

Milyarderdən cavan oğlana görə ayrılan müğənni  tək qaldı - FOTOLAR
11:18 11 Aprel 2017
125 Şou
Ölkə mətbuatı
A- A+

Avstriyalı milyarder Ceyms Parkerdən gənc rəqqasa görə ayrılan Meray Keri yenidən tənha qalıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı ifaçıya yaxın mənbələrin veridyi məlumata görə, 33 yaşlı rəqqas Brayan çox bədxərc olub. O, Merayın pulları ilə özünə bahalı geyimlər və aksessuarlar alıb. Meray Keri başa düşüb ki, Brayan onunla sadəcə məşhurluğuna və puluna görə birlikdədir. Bu səbəbdən də alfonsdan dərhal ayrılıb.

İrəli sürülən iddialara görə, Brayanın qısqanclığı cütlüyün münasibətlərini gərginləşdirib. Brayan Merayın uşaqlarının atası və keçmiş həyat yoldaşı ilə çox vaxt keçirməsinə də etriaz edib. Müğənninin bunu uşaqlarının xatirinə etdiyini başa düşməyən rəqqas əvəzində başqa qızlarla eşqbazlıq edib.

Merayın “Kids Choice Awards” mükafatlandırma mərasimində uşaqları və keçmiş həyat yoldaşı Niklə birlikdə getməsinə Brayan hirslənib və dəhşətli dərəcədə inciyib. Mənbənin sözlərinə görə, rəqqas özünü alçaldılmış hiss edib. O, müğənnidən evdə qalmasını tələb edib. Bu hadisə müğənninin səbir kasasını daşırıb.

Xatırladaq ki, məşhur milyarder Ceysm Parkerlə Merayın münasibtələrinin pisləşməsinin də bir səbəbi müğənninin çox bədxərc olması göstərilib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/194593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR