Azərbaycandan olimpiadaya İLK LİSENZİYA

Azərbaycandan olimpiadaya İLK LİSENZİYA
11:47 11 Aprel 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu vəsiqə ağırlıqqaldırma üzrə Tailandın paytaxtı Banqkokda keçirilən 7-ci dünya birinciliyinin yekununda əldə olunub. Azərbaycanı təmsil edən 6 atlet ümumilikdə 90 xal qazanıb. Bu xallarla Azərbaycan komandası dünya birinciliyinin ümumi sıralamasında 9-cu yeri tutub.

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidməti bildirir ki, dünya birinciliyində ilk "7-liy"ə düşən ölkələr 2, sonrakı 10 ölkə isə 1 lisenziya qazanıb. Sıralama hər bir ölkənin yarışda iştirak edən 6 ən yaxşı atletinin qazandığı xala əsasən aparılıb. Azərbaycan təmsilçilərindən Vüqar Əliyev (62 kq) 7-ci, Elməddin Hüseynov (56 kq) 8-ci, Tarmenxan Babayev (77 kq) və Ümidvar Bayramlı (94 kq) 10-cu, Mayıl Şükürlü (77 kq) 15-ci, İsmayıl Məmmədov (56 kq) 16-cı, Həsənbəy Həsənzadə (+94 kq) 17-ci, Elvin Abdullayev (62 kq) isə 25-ci yeri tutub. Lisenziya 2001-2002 təvəllüdlü yeniyetmələr tərəfindən qazanılsa da, gələn il Oyunlarda 2000-ci il təvəllüdlü atletlər də mübarizə apara biləcək. Azərbaycan yığması Ermənistan, Ukrayna, Gürcüstan, KXDR, Rumıniya və başqa bu kimi güclü ölkələri arxada qoyub.

Qeyd edək ki, gələn il keçiriləcək Avropa birinciliyində komanda hesabında ilk 4 yerdən birini tutmaqla daha bir lisenziya əldə etmək mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR