57 terrorçu öldürüldü

Nigerdə "Boko Haram" terror təşkilatı ilə təhlükəsizlik qüvvələri arasında baş verən silahlı qarşıdurmada 57 terrorçu öldürülüb.

Metbuat.az bildirir ki, Nigeriya ilə sərhəddəki Diffa bölgəsində baş verən döyüşlərdə həmçinin 10 hərbçi yaralanıb.

Qeyd edək ki, 2000-ci ildən fəaliyyətə başlayan təşkilat liderləri Məhəmməd Yusifin öldürülməsindən sonra kütləvi zorakılıq əməlləri törətməyə başlayıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR