Qəhrəman polis dəfn olundu - FOTO

Qəhrəman polis dəfn olundu - FOTO
12:05 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

O, özünü adi, hamı təki bir insan sayırdı və niyyətləri də sadə olduğu qədər, ləyaqətli idi.

İşdə o, sadəcə, Paytaxt Polis Xidmətinin (Metropolitan Police Service) PC 4157U saylı əməkdaşı" idi.

Məqsədi də şəhərinin insanlarına xidmət etmək, onları qorumaqdı. Mümkündüsə, xoş üzlə.

Milli.Az The Guardian-a istinadən bildirir ki, o, xanımı Mişelə və 5 yaşlı qızı Emiliyə hədsiz dərəcədə sədaqətli idi. "Çarlton Atletik" futbol klubunu da sevirdi.

Və dünən Kit Palmer bitmiş həyatının ən ağrılı vidası ilə bu həyatdan yola salındı.

Kit Palmer London polisi, "bobbi", həyatını demokratiya və britan həyat tərzi üçün qurban vermiş qəhrəmandır.

5 min polis əməkdaşının qatıldığı dəfn mərasimi Londonun Vetsminster abbatlığındakı Sousvark Kilsəsində başlanıb.

48 yaşlı Kit Palmer martın 22-də terrorçu Xalid Məsudun qarşısını kəsmiş, həlak olmuşdu. Sürdüyü maşını Vestminsterdə parlament binasına çırpmaq istəyən X.Məsud Vestminster körpüsündə maşını ilə 4 nəfəri vuraraq öldürmüş, 50 nəfəri yaralamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR