Rezidenturanın I mərhələsi üzrə nəticələr açıqlandı

Rezidenturanın I mərhələsi üzrə nəticələr açıqlandı
12:09 11 Aprel 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Dövlət İmtahan Mərkəzi baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya keçirilmiş qəbul imtahanının I mərhələsinin nəticələrini  elan edib.

 

DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

 

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1077 namizəddən 11 nəfəri imtahana gəlməyib. 1 namizəd imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub. 664 namizəd birinci mərhələnin müsabiqə şərtini  (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.

 

Ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 83 bal olub.

 

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının II mərhələsi iyulun 5-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR