AFA prezidenti açıqladı: Simeone, yoxsa Sampaoli?

AFA prezidenti açıqladı: Simeone, yoxsa Sampaoli?
12:12 11 Aprel 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Argentina Futbol Assosiasiyası (AFA) milli komandaya baş məşqçi axtarışlarını davam etdirir. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, assosiasiya prezidenti Klaudio Tapia artıq iki mütəxəssislə danışıqlar apardıqlarını açıqlayıb.

Söhbət "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone və "Sevilya"nın baş məşqçisi Xorxe Sampaolidən gedir. Tapia onlarla danışıq aparmaq üçün yaxın günlərdə İspaniyaya yollanacağını söyləyib. Sampaoli ilə hətta ilkin razılıq alındığı da qeyd edilib.
 
Qeyd edək ki, ötən ilin avqustunda Argentina yığmasına baş məşqçi təyin olunan Edqardo Bausa bu ay istefaya göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR