TİKA-nın koordinatoru BANM-də - FOTO

TİKA-nın koordinatoru BANM-də - FOTO
12:42 11 Aprel 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rektoru Elmar Qasımov və Türkiyə Respublikası Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Adəm Urfa, agentliyin koordinator müavini Mehmet Ali Yetiş və əməkdaşı Abbas Hümbətov arasında görüş keçirildi.

Milli.Az xəbər verir ki, görüşdə sözügedən şirkət haqqında məlumat verildi və fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olundu.

Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən BANM-in rektoru Elmar Qasımov iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirdi. O, TİKA tərəfindən Ali Məktəbin əməkdaşları üçün menecment və universitetlərin idarə olunması sahəsində təlim imkanlarının araşdırılması barədə söz açdı. Rektor qeyd etdi ki, bu kimi təlimlər Ali Məktəbin əməkdaşlarının inkişafina xidmət edəcəkdir.

Adəm Urfa agentliyin Azərbaycanda iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirdiyi müxtəlif layihələrdən danışdı, həmçinin qurumun fəaliyyəti haqqında məlumat verdi.

O qeyd etdi ki, TİKA-nın Azərbaycan da daxil olmaqla dünyanın 54 ölkəsində yüzdən çox əməkdaşlıq ofisi fəaliyyət göstərir. TİKA-nın ilk proqram koordinatorluğu ofisi Türkmənistanda yaradılmışdır. Eyni zamanda dünyanın 100-ə yaxın ölkəsində müxtəlif inkişaf mərkəzləri ilə aidiyyəti sahələr üzrə əməkdaşlıq edilir. TİKA-nın ilkin məqsədləri türk dilli respublikaların sosial strukturunun qorunması, onların davamlılığının təmin edilməsi, texniki infrastrukturuna dəstək göstərmək olmuşdur. İndiyədək TİKA tərəfindən təhsil, səhiyyə, quruculuq, kənd təsərrüfatı, maliyyə, turizm və s. sahələrdə bir çox layihə və proqramlar həyata keçirilmişdir.

Görüşdə BANM ilə TİKA arasında konkret əməkdaşlıq sahələri barədə razılıq əldə olundu və A.Urfa rektoru bu əməkdaşlığın inkişaf perspektivlərinin dərindən araşdırılacağına əmin etdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR