"Futbolçuların məni satdığına əsla inanmaram"

"Futbolçuların məni satdığına əsla inanmaram"
13:12 11 Aprel 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

"Lester"i tarixində ilk dəfə İngiltərə çempionu etməsinə baxmayaraq fevralda istefaya göndərilən Klaudio Ranyeri bu barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəssis futbolçuların onun getməsi üçün qəsdən zəif oynadığına inanmadığını bildirib.

"İnanmıram ki, futbolçular məni istefaya göndərmək üçün klubun sahibinə müraciət etsinlər. Bəzən kənar problemlərə görə komanda tam gücünü ortaya qoya bilmir. "Lester" 2015-ci ildə Premyer Liqanı tərk etməkdən son oyunda xilas oldular. Yeni mövsümə motivasiyalı və güclü qədəm qoydular. Buna görə həmin çempionata yaxşı başladıq. Mövsümöncəsi hazırlıq zamanı bütün dünyanı gəzdik.

Amerikada olduq və böyük klublarla oyunlarımız oldu. Onların məni satdığını ağlıma gətirmirəm. Əsla. "Lester" ürəyimdə əbədi qalacaq. Avropanın müxtəlif liqalarında 2 dəfə bürünc medal qazanmışam. "Lester"lə isə çempion oldum".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR