Suriyanın bombalanması qərarını Trampın qızı verib

ABŞ-ın Suriyaya təşkil etdiyi hücum qərarının verilməsində Donald Trampın qızı İvanka Trampın böyük rolunun olduğu iddia edilib.

Metbuat.az bildirir ki, yayılan məlumatlara görə, İvanka Suriyanın Homs şəhərinin bombalanması üçün atasını razı salıb. "Oval Ofis"də böyük söz sahibi olan İvanka Tramp hücumdan sonra öz rəsmi "Twitter"-dəki şəxsi hesabında bunları yazıb: "Yaşadığımız dövr çətin qərarlar verməyi tələb edir. İnsanlığa qarşı işlədilən bu qorxunc cinayətləri qəbul etmədiyi üçün atamla fəxr edirəm".

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR