Türkiyəli komandan Azərbaycanda səfərdədir

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir.

Aprelin 11-də Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı donanma admiralı Bülent Bostanoğlu Azərbaycana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.

Səfər aprelin 14-dək davam edəcək.

//Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR