Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycandadır

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycandadır
13:43 11 Aprel 2017
127 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu aprelin 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində admiralın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

B. Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.

Səfər aprelin 14-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR