İnsanları filə çevirən XƏSTƏLİK – Bunu etməyənlər... (FOTO)

İnsanları filə çevirən XƏSTƏLİK – Bunu etməyənlər... (FOTO)
13:48 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Uqanda (Şərqi Afrikada ölkə) sakinləri filə çevrilmək təhlükəsi ilə üzləşirlər.

Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, buranın əhalisi “fil sindromu” xəstəliyindən əziyyət çəkir.

“Fil sindromu” və ya limfatik filyarioz tropik xəstəlikdir. ÜST statistikasına əsasən, hazırda dünya üzrə bu xəstəlikdən 120 milyon insan əziyyət çəkir. Onlardan 40 milyonu şikəst qalıb. Xəstəlik dəyirmi qurdun ayaq çatlarından bədənə girməsi ilə başlayır. Sonra ayaqlar şişməyə, çatlamağa başlayır, dərisi fil ayağı kimi quru, qaralmış və pul-pul olur.

2014-cü ildə Uqandada bu xəstəliyin bumu yaşanıb. Həkimlər bildiriblər ki, məhz həmin il insanlar soyumuş vulkan olan ərazilərdə ayaqyalın gəzdiyindən, nahamar ərazi ayaq əzələlərini parçalayıb. Sonra da xəstəlik yaradan tropik qurd asanlıqla bədənə daxil olub.

Həkimlər bu xəstəliyə düçar olmamağın ən asan yolunu göstəriblər: ayaqqabı geyinmək və ayaqları tez-tez yumaq.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/194620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR