AFFA-dan hakimi söyən futbolçuya 4 oyunluq cəza

AFFA-dan hakimi söyən futbolçuya 4 oyunluq cəza
13:57 11 Aprel 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedici heyətlərin çempionatının XXV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.


Premyer Liqada yalnız "Qarabağ" - "Qəbələ" matçı ilə bağlı qərar verilib. Komitə azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyi üçün hər iki kluu 800 manat cərimə edib.


Əvəzedicilərin çempionatının “Zirə” - “İnter” matçının 69-cu dəqiqəsində meydan sahiblərindən Vüsal İskəndərli hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb, klub 1600 manat cərimə olunub.


"Neftçi"nin futbolçusu Sənan Əbilov “Kəpəz”lə matçın 90+3-cü dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb. Onun cəzası 1 oyun olub, klubu 100 manat cərimə edilib.


"Qarabağ" "Qəbələ" ilə oyunda, "Sumqayıt" AZAL-la qarşılaşmada 4 futbolçusu sarı vərəqə aldığından 400 manat cərimə edilib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-dan-hakimi-soyn-futbolcuya-4-oyunluq-cza-t57507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR