Tom Kruz məşhur filmində yenilik edəcək - FOTO

Tom Kruz məşhur filmində yenilik edəcək - FOTO
14:12 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Məşhur amerikalı aktyor, Hollivud ulduzu Tom Kruz "Mission Impossible" kinosaqasının yeni, 6-cı lentinin çəkilişlərinə qatılıb. Aktyor bu filmdə də baş roldadır.

Milli.Az European-a istinadən bildirir ki, Parisdə aparılan çəkilişlər zamanı 54 yaşlı T.Kruz Fransanın Maliyyə Nazirliyinin damında da səhnələrdə kamera qarşısında olub.

T.Kruz bu filmdə çox mürəkkəb kaskadyor tryuklarını yerinə yetirərək franşizanın əvvəlki lentlərindəki səhnələri üstələmək niyyətindədir.

Parisdə çəkilişlər 35 gün davam edəcək. Bu müddət ərzində Parisin ən məşhur məkanlarında, o cümlədən Opera avenyusunda, metropolitendə, Qrenel küçəsində də çəkilişlər olacaq.

T.Kruzun baş rolda oynadığı filmdə Rebekka Ferqüsson, Henri Kevill, Saymon Peqq, Alek Bolduin, Vanessa Kirbi də çəkilirlər. Rejissoru Kristofer MakKuorri olan filmin relizi 2018-ci ilin iyulun 27-də olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR