Biləsuvarda yol kənarında külli miqdarda heroin aşkar edildi - FOTO

Biləsuvarda yol kənarında külli miqdarda heroin aşkar edildi - FOTO
14:52 11 Aprel 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar rayonunda yol kənarında 5 kiloqrama yaxın narkotik maddə aşkar edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Səmədabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat zamanı Biləsuvar və Cəlilabad rayonları arasındakı otlaq sahəsində, köynəyə bükülmüş halda 4 kq 680 qram çəkidə heroin  aşkarlanıb.  
 
Ehtimal olunur ki, həmin narkotik maddə İrandan qaçaq yolla satılmaq üçün Azərbaycana keçirilib. Hazırda polis narkotik maddəni satmaq istəyən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR