"Biz deputatların dediyi, onsuz da, nəyi dəyişəcək ki? Kimdir bizim sözümüzə baxan?”

"Biz deputatların dediyi, onsuz da, nəyi dəyişəcək ki? Kimdir bizim sözümüzə baxan?”
15:12 11 Aprel 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
 
Milli.Az modern.az-a istinadən xəbər verir ki, iclasda Azərbaycanda bələdiyyələrin yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları dövlət reyestrindən ödənişsiz əldə edə bilmələri ilə bağlı məsələ müzakirə edilib.

Toplantıda komitə sədri Arif Rəhimzadə ilə deputat Fəzail İbrahimli arasında mübahisə düşüb.

F.İbrahimlinin replikası komitə sədrinin iradına səbəb olub, nəticədə mübahisə yaranıb.
 
F. İbrahimli əvvəlcə A. Rəhimzadənin müzakirə olunan məsələni tələsik təqdim etdiyini deyib: "Biz bura niyə yığışmışıq? Hər şey belə hazır gəlib və qəbul olunursa, o zaman bizim burada nəsə deməyimizin heç bir mənası yoxdur. Biz deputatların dediyi, onsuz da, nəyi dəyişəcək ki? Kimdir bizim sözümüzə baxan?"
 
Onunla razılaşmayan A.Rəhimzadə deputata irad tutub. "Biz bura "ştamp vurmağa" yığışmamışıq. Fikirlərimiz lazımdır və onun üçün yığışmışıq".
 
Komitə sədrinin sözünü kəsən F.İbrahimli yenidən hazırkı vəziyyətdə onların çıxışının əhəmiyyətsiz olduğunu bildirib: "Onsuz da, siz nə deyirsiniz, biz də "baş üstdə" deyirik".
 
Komitə sədri deputatın replikasına narazılığını bildirərək, sözünü kəsib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR