G7-nin sammitindən anti-Rusiya qərarı çıxmadı

G7-nin sammitindən anti-Rusiya qərarı çıxmadı
15:43 11 Aprel 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

G7 (“Böyük yeddilik”) ölkələrinin xarici işlər nazirlərinin görüşündə Rusiya və Suriya barəsində sanksiyalar haqqında qərar qəbul edilməyib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Fransanın xarici işlər naziri Jan-Mark Eyro bildirib.

Eyni zamanda nazir qeyd edib ki, G7-yə daxil olan bütün ölkələr Suriya prezidenti Bəşər Əsədin ölkənin gələcəyinin bir hissəsi olmasının mümkün olmadığı fikrində razılaşıblar. Öz növbəsində, “Blomberg” agentliyi xəbər verib ki, Moskvaya qarşı sanksiyaların genişləndirilməsi haqqında məsələ ümumiyyətlə müzakirə edilməyib.

Daha əvvəl Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib ki, G7-nin İtaliyada keçirilən sammitində Rusiya barəsində sanksiyaların sərtləşdirilməsini tələb etmək niyyətindədir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR