Milli.Az bildirir ki, aprelin 10-da Bakı Şopinq Festivalı çərcivəsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin nağaraçalanlar ansamblı "Park Bulvar"da, 4 nömrəli uşaq incəsənət məktəbinin ansamblı isə "28 Mall"da musiqi proqramları ilə çıxış ediblər. İfa olunan Azərbaycan ritmləri turist və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, aprelin 10-dan mayın 10-dək davam edəcək Şopinq festivalda Bakı Şəhər Mədəniyyət Və Turizm Baş İdarəsinin musiqi məktəbləri rəngarəng konsert proqramları ilə tədbirlərdə iştirak edəcəklər.
Milli.Az