Məzuniyyət vaxtının çoxdan çatdığını göstərən 8 əlamət - FOTOLAR

Məzuniyyət vaxtının çoxdan çatdığını göstərən 8 əlamət - FOTOLAR
16:18 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Əksəriyyətimiz məzuniyyətdən qayıtdıqdan sonra növbəti istirahət haqqında xəyallar qurmağa başlayırıq. Bu, başa düşüləndir, çünki iş ilə bir-birinə stress çox bağlıdır. Təhtəlşüurla buna qarşı müqavimət göstərməyə çalışırıq. Amma alimlərin araşdırmalarına görə, bəzi nahiyələrdə yaranan ağrılar bədənin həqiqtən də məzuniyyətə ehtiyacı olduğunu göstərir.

Publika.az məzuniyyət vaxtının çoxdan çatdığını göstərən 8 əlaməti təqdim edir.

1. Baş ağrısı

Əgər baş nahiyəsində diskomfort hiss edirsinizsə, deməli, bədənin stressdən xilas olmağa və istirahətə ehtiyacı var. Artıq yüklənmə və ya intensiv baş ağrıları boyun və ya gözlərə də təsirsiz ötüşmür.

Bundan əlavə, yüksək səviyyədə stress miqrenin gərginləşməsinə gətirib çıxara bilər.

2. Həzmlə bağlı problemlər

Beyin uzun müddət və fasiləsiz olaraq işləyəmdə, bundan həzm sistemi də əziyyət çəkir. Onun fəaliyyəti bir növ şoka düşür.

Belə bir prosesin ən geniş yayılmış fəsadlarına oturaq iş həyatı nəticəsində yaranmış bağırsaq sindromu və müxtəlif qarın ağrıları daxil edilir.

3. Tez-tez soyuqdəymə

Stress ürək döyüntülərinin tezliyini artırır, nəticədə qan dövranı sürətlənir. Bu amil yüksək qan təzyiqi ilə birgə immunitetə mənfi istiqamətdə təsir bilər. Nəticədə isə biz tez-tez xəstələnməyə başlayırıq.

4. Dəyişkən çəki

Güclü stress çəkinin qəfil artımasına gətirib çıxarır. Bunun səbəbi də kortizol hormonu səviyyəsinin yüksəlməsi nəticəsində insanın daha çox yemək istəyinin baş qaldırmasıdır. Dolaysı ilə karbohidratların rasionunda artması çəkinin də artımasına səbəb olur. Bu isə o deməkdir ki, bədənin dinclənməyə ehtiyacı var.

5. Mədə ağrıları

Yüksək stressin həzm sisteminin pozulmasına səbəb olduğunu yuxarıda qeyd etmişik. Odur ki, mədə ağrıları və ürək bulanması sizə istirahət lazım olması barədə xəbər verə bilər.

6. Yorğunluq

Ayaqlarınızı güclə çəkirsiniz, gözlərinizi yumub şirin yuxuya getməmək üçün özünüz ilə daim mübarizə aparırsınız? Onda nəzərə alın ki, daimi yorğunluq artıq yüklənmənin nəticəsi də ola bilər.

7. Döş qəfəsində ağrı

Gərginlik zamanı yaranmış döş qəfəsi ağrıları sırf nevroloji xarakter daşıyır və ürək xəstəlikləri ilə heç bir əlaqəsi yoxdur. Əgər döş qəfəsində tez-tez ağrılar hiss edirsinizsə, ilk növbədə dincəlməyə çalışın.

Amma unutmaq olmaz ki, daimi stress də ürək çatışmazlığına gətirib çıxara bilər. Odur ki, ürək əzələlərinin işinin pozulmasından şübhələnirsinizsə, həkimə müraciət edin.

8. Cinsi fəallığın azalması

Yorğunluq həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur. O cümlədən daimi stressə məruz qalan beyin cinsi aktivliyə cavabdeh olan kimyəvi maddələri daha az istehsal etməyə başlayır. Bu səbəbdən də insan sekslə məşğul olmaq istəyini getdikcə itirə bilər.

Əgər siz və ya tərəf müqabiliniz bu problemdən əziyyət çəkirsinizsə, bilin ki, yaxşı istirahət bu məsələni həll etməyə qadirdir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/194645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR