Xəstəxanalarda nöqsanlar aşkarlandı: Səmərəsiz vakant ştatlar yaradılıb

Xəstəxanalarda nöqsanlar aşkarlandı: Səmərəsiz vakant ştatlar yaradılıb
16:22 11 Aprel 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Hesablama Palatasının 20 rayon və şəhər səhiyyə müəssisələri üzrə apardığı analitik təhlillər zamanı çarpayı fondunun tələbatdan artıq olması və bunun nəticəsində əməkhaqqı fondunun səmərəsiz istifadəsinə səbəb olan vakant ştatların əmələ gəlməsi müəyyənləşdirilib.

Milli.Az xəbər verir ki, Palatadan Trend-ə verilən məlumata görə, 20 rayon və şəhər səhiyyə müəssisələri üzrə aparılmış analitik təhlilə əsasən, 2010-cu ilin əvvəlinə 240 xəstəxana ixtisar edilərək onların sayı 756-dan 516-ya endirilib. Çarpayıların sayı isə 67400-dən 458 00-ə çatdırılaraq azaldılıb.

Lakin aparılmış islahatlar nəticəsində aydın olub ki, xəstəxanalarda çarpayı sayının azaldılmasına baxmayaraq, mövcud fonddan tam səmərəli istifadə edilmir. Bu da əsasən, rayon və şəhər xəstəxanalarında çarpayı sayının tələbatdan artıq olması ilə əlaqədardır. Çarpayı fondunun tələbatdan artıq olması çarpayı günlərinin icra səviyyəsinin aşağı düşməsi ilə bərabər, stasionarlarda iş yükünün azalması və vakant ştatların əmələ gəlməsi ilə nəticələnir. Səhiyyə müəssisələrində çarpayı günlərinin icra göstəricilərinin 35,6-80,6 faiz arasında olmasına baxmayaraq, vakant ştatlar mövcud tibb işçiləri arasında bölüşdürülərək əməkhaqqı fondunun səmərəsiz istifadəsinə səbəb olur.

Aparılan təhlillərin nəticələri müvafiq tədbirlərin həyata keçirilməsi üçün Səhiyyə Nazirliyinə göndərilib. Nazirliyin cavab məktubunda bildirilib ki, 49 rayon və şəhərdə islahatlar nəticəsində 306 00 çarpayı ixtisar edilib, digər rayon və şəhərlərdə də islahatlar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR