Tərlan erməni futbolçuya görə işdən çıxarılıb? - AÇIQLAMA

Tərlan erməni futbolçuya görə işdən çıxarılıb? -   AÇIQLAMA
16:57 11 Aprel 2017
200 İdman
Ölkə mətbuatı
A- A+

Tanınmış şərhçi Tərlan Şahinoğlunun “İdman Azərbaycan”dan ayrılması barədə xəbər vermişdik. Bu barədə "Facebook" səhifəsində açıqlama yayan şərhçi işdən ayrılmasının səbəbini açıqlamamışdı.


"Futbol+" qəzetinin yaydığı məlumatda isə bildirilirdi ki, “Mançester Yunayted” azarkeşi olan Şahinoğlunun sosial şəbəkədə bu komandanın erməni futbolçusu Henrix Mxitaryanla bağlı fikir bildirməsi telekanal rəhbərliyinin xoşuna gəlməyib. Bundan sonra Tərlana uzun müddət heç bir oyunun şərhçiliyi tapşırılmayıb, nəticədə telekanaldan ayrılıb.


Tərlan Şahinoğlu idiialarla bağlı bu gün açıqlamap verib. Fanat.Az xəbər verir ki, şərhçi "Facebook" hesabından yaydığı açıqlamada yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: 


"Mənim Az.TV-dən ayrılma səbəbim erməni futbolçu və ya ona aid yazdığım statusla əlaqədar deyil. Xahiş edirəm, bu cür yazılara inanıb, məni narahat etməyin. Yazılan xəbərləri oxuyanda gülməkdən ölmək istəmirəm. İşdən çıxmağımın əlbəttə ki, bir səbəbi var. Ancaq 100 faiz əmin ola bilərsiniz ki, bunun Henrix Mxitaryanla heç bir əlaqəsi yoxdur. Bütün bunları kim uydurubsa, kim yazıbsa, getsin komediya və ya cizgi filmi qəhrəmanı olsun. Nəyisə yazanda heç olmasa həqiqətə yaxın şeylər yazmaq lazımdır. Oturub uydurma məntiqlərlə yanlış informasiya yaymaq lazım deyil. Ayıbdır. Heç nədən kimisə xalq düşməni etməyə çalışmayın. Və ən əsası, idmanı siyasətə, siyasəti isə idmana qatmayın".


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-trlan-ermni-futbolcuya-gor-idn-cxarlb-t57514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR