Maral ovuna icazə verildi

Maral ovuna icazə verildi
17:08 11 Aprel 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada maralların ovlanması və ətinin mağazalarda satılması üçün rəsmən çağırış elan edilib.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, buna səbəb maralların sayının artmasıdır. Bu günə qədər vəhşi təbiətin qoynunda heyvanların öldürülməsinə qətiyyətlə qarşı çıxan ingilislər indi özlərinə sərf etdiyi üçün maral ətinə dadanıblar.

Qeyd edək ki, ingilis zooloq və ekoloqları hələ 2008-ci ildən baş sındırırdılar ki, meşə quşlarının sayı niyə azalıb və yaşıllıq niyə seyrəlib? Amma 10 ilə yaxındır ki, ağılları bir şey kəsmirdi. Nəhayət, barmaqlarını dişləyiblər ki, “Brother, meşənin qənimi marallarmış”. Bu unikal tapıntıdan sonra hökumətə üz tutublar. Bildirilib ki, meşələrdə iri yırtıcılar olmadığı, ovçulara da güllə atmaq qadağan olunduğu üçün bu marallar yaman ayaq tutublar, meşələrdə ağalıq edirlər. Hökumət də eləmə tənbəllik, məsələni kökündən həll edib. Əvvəlcə qərara gəlib ki, meşəyə gedib harada maral görsələr, tutub axtalasınlar ki, çoxalmasınlar. Amma “dəllək”dən qaçan marallar acığa beş-beş balalayırmış. Sonra da hökumət adamları qərara alıblar ki, yaxşısı budur maralları öldürüb yeyək. Həm ağzımızın dadı dəyişər, həm də meşələrin canı qurtarar.

İndi Britaniyada yeni şüar yaradılıb “Hamı yerli mal alsın... yox e maral ovlasın, xeyir İngiltərəyə qalsın”. Bir də dadanlar deyir ki, maral əti mal ətindən daha dadlıdır.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR