"Bakıda bəzi dayanacaqlar düzgün quraşdırılmayıb" - Tədbir görüləcək

"Bakıda bəzi dayanacaqlar düzgün quraşdırılmayıb" - Tədbir görüləcək
17:12 11 Aprel 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakının bəzi yerlərində avtobus dayanacaqları düzgün yerlərdə quraşdırılmayıb. Əslində döngələrdə, yolayrıclarında, piyada zolaqlarının yanında dayanacaqlar olmamalıdır. Məsələn, Tbilisi prospektində "Çıraq Plaza"nın yanındakı dayanacaq. Belə dayanacaqların yeri dəyişdiriləcək, yəni bir qədər aralıya köçürüləcək, amma tam ləğv edilməyəcək". 

Bu barədə Milli.Az-a Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, dayanacaqlara harada ehtiyac olub-olmaması ilə bağlı BNA tərəfindən mütəmadi araşdırma aparılır: "Yəni harada ki, dayanacaq olmamalıdır, yəni avtobusların dayanması düzgün deyil, amma orada pavilyon qoyulub və ya harada ki, pavilyon lazımdır, amma qoyulmayıb və avtobuslar da orada saxlamır, həmin yerlər dəqiqləşdirilir, təhlillər aparılır.

Harada zərurət varsa, orda dayanacaq nişanları qoyulur. Məsələn, ən son 17 yeni ünvanda yeni dayanacaq nişanları quraşdırılıb. Biz hələlik dayanacaqların yerini müəyyənləşdirir və orada bunun üçün xüsusi nişanlar quraşdırırıq. Orada dayanacaq pavilyonunun qoyulması isə bir qədər sonra mümkün olacaq. Çünki dayanacaqların Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq BNA-ya verilməsi hələlik təhvil-təslim mərhələsindədir".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR