"Prado" yük maşınına çırpıldı - Sürücü yaralandı - VİDEO - FOTO

"Prado" yük maşınına çırpıldı - Sürücü yaralandı - VİDEO - FOTO
17:42 11 Aprel 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə yol qəzası baş verib.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, hadisə saat 11:20 radələrində Şəki-Oğuz şossesinin Qırxbulaq kəndi ərazisində meydana gəlib.

Şəki istiqamətində hərəkət edən 1953-cü il təvəllüd Fikrət Mahmuodvun  idarə etdiyi 55 BL 355 dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək yolun sol tərəfində dayanmış 55 BT 673 dövlət nömrə nişanlı Elşən Cəfərova məxsus "Qaz-3302" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində "Prado"nun sürücüsü Fikrət Mahmudov xəsarət alıb.

Hadisə yerində dərhal Şəki TTTYS-nın briqadası gəlib. Fikrət Mahmudova ilkin tibbi yardım göstərildikdən sonra Şəki MRX-na çatdırılıb. Hazırda xəstənin vəziyyəti orta-ağırdır. Xoşbəxtlikdən "Qazel"in sürücüsü avtomobildə olmayıb.

Faktla bağlı BDYPB-də araşdırılma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR