"Cocuq Mərcanlının bərpası Azərbaycanın mövqeyindən geri çəkilməyəcəyini göstərir"

"Cocuq Mərcanlının bərpası Azərbaycanın mövqeyindən geri çəkilməyəcəyini göstərir"
18:37 11 Aprel 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

"Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir və Ermənistana çox ciddi mesajdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bununla Ermənistana bir daha açıq şəkildə bəyan edilir ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi mövqeyindən heç bir zaman geri çəkilməyəcək:

"Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamı çox tarixi bir sənəddir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bir daha bəyan etdi ki, Cocuq Mərcanlı kəndinin bərpası Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etdikdən sonra bütün şəhər və kəndləri yenidən quracağını nümayiş etdirir".

A.Mirzəzadə bildirib ki, Azərbaycan bundan sonra da bütün səylərini torpaqlarının erməni işğalından azad olunmasına, həmin ərazilərdə əhalisinin məskunlaşmasına və vətəndaşlarının təhlükəsizliyinin təmininə yönəldəcək.

Deputat qeyd edib ki, ötən ilin aprel hadisələri Azərbaycan Silahlı Qüvvələrinin və dövlətimizin gücünü nümayiş etdirdi: "Bir kəndin timsalında Azərbaycan özünün suverenliyini təsdiq etməyin yeni bir addımını atdı. Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildiyinə görə, yeni mənzillərin tikilməsi, kommunikasiya xətlərinin yenilənməsi, məktəbin tikilməsi kənd əhalisinin oraya köçürülməsinə, normal həyata qayıtmasına şərait yaradır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR