"Suriyanın gələcəyində Bəşər Əsədə yer yoxdur" -

Suriya mövzusunun müzakirə olunduğu G-7 sammitinin ardından Fransa Xarici işlər naziri Jan-Mark Ero Bəşər Əsədin gələcəyi ilə bağlı önəmli açıqlamalar verib.

Metbuat.az-ın məlumatına görə, G-7 sammiti İtaliyada işinə başlayıb. 7 ölkənin xarici işlər nazirləri Suriya məsələsini müzakirə etmək üçün toplanıb. İclasın ardından Fransa Xarici işlər naziri Jan-Mark Ero mətbuat nümayəndələri ilə fikirlərini bölüşüb:

"G-7 ölkələri Suriyanın gələcəyində Bəşər Əsədə yer olmadığı mövzusunda həmfikirdirlər. O cümlədən, Rusiya və Suriyaya qarşı sanksiyalar tətbiq edilməsi də gündəmimizdədir".

Qeyd edək ki, Eronun dediklərinin əksinə, Rusiyaya qarşı qadağaların tətbiq edilməsi digər üzv ölkələr tərəfindən dəstəklənməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR