Trampdan Kremlə növbəti MESAJ: Protokol təsdiqləndi

Trampdan Kremlə növbəti MESAJ: Protokol təsdiqləndi
19:53 11 Aprel 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Monteneqronun NATO-ya girişi üzrə protokolu təsdiqləyib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ağ Evdən bildirilib.

Məlumata görə, prezident protokolun ratifisikasiyası haqqında Senata xəbərdarlıq edib. Senata göndərilən məktubda qeyd edilib ki, Monteneqronun NATO-ya girməsi hərbi alyansın büdcəsində ABŞ-ın payını artırmayacaq. Həmçinin bildirilir ki, ittifaq xaricində öz maliyyə və ya hərbi öhdəliklərini yerinə yetirmək ABŞ-a maneə törətməyəcək.

Moskva daha əvvəl bildirib ki, Monteneqronun NATO-ya üzvlüyü cavabsız qalmayacaq.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR